Prezidentliyə namizədlərin ikinci maliyyə hesabatı açıqlandı - SİYAHI
Bizi izləyin

Nida Xəbər

Prezidentliyə namizədlərin ikinci maliyyə hesabatı açıqlandı - SİYAHI

Azərbaycanda bütün prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları (İkinci ilkin maliyyə hesabatı) açıqlanıb.

Prezidentliyə namizəd Zahid Orucun ikinci ilkin maliyyə hesabatına əsasən, namizədin xüsusi vəsaiti 9 900 manat olub, bu məbləğdən də seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsi üçün 2 200 manat istifadə edilib.

Prezidentliyə namizəd Araz Əlizadənin isə vəsaiti 8 800 olub, məbləğin hamısı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsinə sərf edilib.

Namizəd Qüdrət Həsənquliyevin seçki fonduna fiziki şəxslərdən 25 min manat daxil olub. Bu vəsaitin hamısı seçici imzalarının toplanılmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə imzaların toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə xərclənib.

Qeydə alınmış namizəd Razi Nurullayevin 1716 manat pul vəsaiti olub, bu pul da təşviqat kampaniyasına sərf olunub.

Prezidentliyə namizəd Sərdar Məmmədovun (Cəlaloğlu) vəsaiti 2 343 olub. Bunun da hamısı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsinə xərclənib.

Digər namizədlər - Hafiz Hacıyevin, Fərəc Quliyevin ikinci ilkin maliyyə hesabatı boş təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl İlham Əliyevin ikinci ilkin maliyyə hesabatı açıqlanıb. Hesabata əsasən, namizədin seçki gəlirləri ümumilikdə 100 000 manat olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm