Zakir Qaralov Sloboda ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Zakir Qaralov Sloboda ilə görüşdü

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov aprelin 4-də Müstəqil Dövlətlər Birliyinin (MDB) seçki müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, Zakir Qaralov seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi, seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi üçün ölkəmizdə görülən işlərdən danışıb. Baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə qonağa ətraflı məlumat verib.

Söhbət zamanı seçki prosesində yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədilə İşçi qrupunun yaradıldığı xüsusi vurğulanıb.

Y.Sloboda ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin normal keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, ötən seçkilərlə müqayisədə dairə seçki komissiyalarının üzvlərinin peşəkarlıqlarının daha da artdığının şahidi olduğunu qeyd edib. O, bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm