Qoşulmama Hərəkatı XİN rəhbərləri toplantısının yekun sənədləri qəbul edildi
Bizi izləyin

Nida Xəbər

Qoşulmama Hərəkatı XİN rəhbərləri toplantısının yekun sənədləri qəbul edildi

Bakıda keçirilən Qoşulmama Hərəkatı Xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində yekun sənədlər qəbul edilib.

Konfrans çərçivəsində Bakı bəyannaməsi qəbul olunub.

Bundan əlavə, ötən gün keçirilən Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təsdiq edilmiş Fələstin üzrə yekin bəyannamə qəbul olunub.

Qeyd edək ki, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edirlər.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm