Tural Mamedov: "Gec-tez xalqımızın önündə diz çöküb, cavab verəcəksiniz"
Bizi izləyin

Nida Xəbər

Tural Mamedov: "Gec-tez xalqımızın önündə diz çöküb, cavab verəcəksiniz"

"Bu insanlar əgər dedikləri kimi vətənini, xalqını sevirsə nə üçün “Xocalı Soyqırımı” vaxtı və “20 Yanvar” tarixində ermənilərə qarşı səslərini çxartmırlar?"

Publika.az xəbər verir ki, bunu Xalqinfo.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının tanınmış üzvü, gənci həmçinin Xalqinfo.az xəbər portalının Baş direktoru Tural Mamedov deyib.

Tural Mamedov bildirib ki, son zamanlar Avropada yaşayan bəzi özlərini mühacir hesab etmiş azərbaycanlılar xalqımızın adından istifadə edərək dövlətçiliyimizə və sabitliyimizə xələl gətirməyə cəhd edirlər: "Bunların əsas məqsədi bir vətəndaş kimi xalqını düşünmək deyil. Tam əksi, hansısa qüvvələrin maraqlarına boyun əyərək “xalqına xidmət” adı altında öz çirkin əməllərini həyata keçirtməkdir. Bu ərəfədə, prezident seçkilərinin keçiriləcəyi tarixi bir məqamda bu azğınların daha da çevik olmaları diqqət çəkən məqamlardan biridir. Bilən bilir ki, Azərbaycan tarixi şərəfli səhifələrdən ibarətdir. Biz xalq olaraq 20 mindən artıq şəhid vermiş bir millətik".

T. Mamedov vurğulayıb ki, bu gün mənəviyyatını itirmiş, əqidəsini dəyişmiş Vidadi İsgəndərli, Orduxan Teymurxan, Tural Sadıqlı kimi satqınların Avropa ölkələrində dövlətimizin, xalqımızın adını aşağılamağa cəhd etmələri nə dərəcədə düzgündür? "Mənim fikrim ondan ibarətdir ki, bu gün cənab prezident İlham Əliyevin apardığı siyasət tam şəkildə Azərbaycan xalqının inkişafına, dövlətimizin və dövlətçiliyimizin bərqərar olmasına cavab verir. Həmçinin bir rəhbər kimi nəinki ölkədaxilində, bütün dünyada böyük nümunə ola biləcək bir liderdir. Belə bir məqamda düşmənlərin əsas məqsədi xarici mühacirlərin əli ilə Azərbaycanın sabitliyini pozmaq, cənab prezidentin xalqına xidmət göstərdiyi siyasi proseslərinə kölgə salmaq və Azərbaycanda qarışıqlıq yaratmaqdan ibarətdir. Bir gənc olaraq üzümü tutub o mənəviyyatını itirmiş, azərbaycanlı olduqlarını unutmuş və tarixi faciələrimizi yaddan çıxardıb öz şəxsi maraqlarına görə min cür işlərdən çıxan bu insanlara çatdırmaq istəyirəm ki, geci-tezi xalqımızın önündə diz çöküb, Azərbaycan qanunları qarşısında cavab verəcəksiniz. Bu insanlar əgər dedikləri kimi vətənini, xalqını sevirsə nə üçün “Xocalı Soyqırımı” vaxtı və “20 Yanvar” tarixində ermənilərə qarşı səslərini çxartmırlar? Ona görə çıxartmırlar ki, ermənlərin Azərbaycana etdiklərini bunlar başqa bir növünü etməyə çalışırlar. Azərbaycan xalqının dəyərlərinə, atributlarına qarşı əxlaqa sığmayan fikirlər səsləndirən insanlar prezidentə qarşı çıxaraq dərk etmirlərki əslində bu hərəkətləri etməklə özlərini alçaldır, uçuruma doğru aparır".

YAP-ın tanınmış üzvü deyib ki, müasir mühacirlərin müəyyən bir qisminin Azərbaycana qarşı düşmən mövqeyi tutmasından bəllidir ki, onlar böyük masson lojalarının tərkibindədilər: "Xüsusilə hazırlanmış adamlardı ki, onlar pula görə öz mənəviyyatlarını satır, xalqına arxa çevirərək düşmən dəyirmanına su tökürlər. Bilirik ki, bir neçə gündən sonra aprelin 11-də prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqı öz seçimini edəcək və mən əminəm ki, bütün xalqımız bir mənalı şəkildə ulu öndər Heydər Əliyev idealogiyasının layiqli davamçısı və əsil lider, xalqını sevən şəxsiyyətə cənab İlham Əliyevə səs verəcək. Azərbaycan xalqı bugünkü inkişafı tarix boyu görməyib. Əlbətdə ki, tariximizdə böyük iz buraxan, şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə xalqımızın inkişafı üçün çalışıb. Həm tarixdə həm də yaddaşlarda həkk olub. Lakin bu zamanda bu cür inkişaf etməyimizin səbəbi cənab prezidentin uğurlu siyasətidir ki, ulu öndərin idealogiyasını özündə tam əks etdirir".

Mamedov birdirib ki, Azərbaycan gəncliyi İlham Əliyevin ətrafında sıx birləşib: "Bu sədaqətlilik sona qədər də davam edəcək və şüurlu surətdə bu belədir ki, cənab prezidentin alternativi yoxdur. Azərbaycan xalqı da həmişə yaxşını pisdən ayırıb və bu gün xalqımız bilir ki, Heydər Əliyev idealogiyası bizi xalqlar içində daha da hörmətli etdi. Bizim dövlətimizin müstəqillliyinin möhkəmlənməsini təmin etdi. Heydər Əliyev siyasəti xalqın sabitliyini, özünə qayıdışını, mədəniyyətinin bərpasını təmin etdi. 1992-ci ildə AXCP Müsavat hakimiyyəti dövründə, siyasi separatizmin baş verdiyi zamanda tarixi torpaqlarımızın itirilməsinin bünövrəsi qoyuldu. Əminik ki, cənab prezident xalqla birlikdə o tarixi torpaqlarımızı da geri qaytararaq bizi doğma torpaqlarımıza qaytaracaq. İnanırıq ki, yaxın zamanda bu tarix baş verəcək. Əsas odur ki, biz cənab prezidentin tutduğu siyasəti daha da yaxından dəstəkləməliyik. Fəxr edirik ki, Azərbaycan xalqının nümayəndələriyik, azərbaycançılıq adını daşıyırıq. Xaricdə təsir altına düşən gənclərə bir qardaş kimi deyirəm ki, əllərinə su tökdüyünüz insanlar sizi uçuruma aparır. Əsil gənclik xalqına xidmətdən keçir. Çalışaq ki, Azərbaycanın imicinə zərbə vuran hərəkətlər etməyək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm