Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçildi - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçildi - (YENİLƏNDİ)

Bütöv Azərbaycan Xalq Cəbhəsinin qurultayı davam edir.

Teleqraf.com xəbər ki, fasilədən sonra BAXCP Ali Məclisinin sədri Vaqif Abışov, Mərkəzi Nəzarət Təftiş Komissiyası sədri Yeganə Mehdibəyli, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev, partiya sədrinin müavinləri Niyaməddin Orduxanlı və Elçin Mirzəbəyli, həmçinin Kəlbəcər, Gəncə və Lerik təşkilatlarının sədrləri çıxış ediblər. Çıxış edənlər bir sıra digər məsələlərlə yanaşı partiya sədri postuna Q.Həsənquliyevin namizədliyini irəli sürüblər.

Çıxışlardan sonra E.Mirzəbəyli BAXCP-nin V qurultayının Azərbaycan xalqına müraciətini səsləndirib.
Daha sonra BAXCP sədri postuna seçki keçiirlib. Açıq keçirilən səsvermə nəticəsində Q.Həsənquliyev yenidən BAXCP sədri seçilib.

Q.Həsənquliyev qurultay nümayəndələrinə təşəkkür edərək qarşıdakı dövrdə ona göstərilən etimadı doğruldacağını, partiyanın gücləndirilməsi, nüfuzunun möhkəmləndirilməsi istiqamətində çalışacağını bildirib.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının V qurultayı öz işinə başlayıb.

Publika.az xəbər verir ki, ilk olaraq dövlət himni səsləndirilib.

Daha sonra partiya sədri Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, IV qurultaydan keçən vaxtda məqsəd partiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, rayon təşkilatlarının yaradılması olub: "Ötən illər ərzində biz parlament seçkilərinə də qatıldıq. Parlamentdə təmsilçilərimizin sayı artmasa da, iştirakımızı saxlamışıq. Bizim partiya da digər partiyalar kimi dövlət büdcəsindən maliyyə yardımı alır".

O əlavə edib ki, partiyanın qarşısında duran məqsəd demokratiyanın dərinləşməsi, ölkədə çoxpartiyalı sistemin möhkəmlənməsinə dəstək verməkdir: “Azərbaycan Şərq və müsəlman ölkəsidir. Bizdə demokratik ənənələrin yaranması üçün parlamentli respublika ən yaxşı modeldir. Azərbaycanda bu modelə keçmək lazımdır. Biz bu məsələni qaldıranda Gürcüstan və Ermənistanda həmin modelə keçməklə bağlı müzakirələr yox idi. Lakin Gürcüstan artıq bu modeli seçib. Ermənistan da yaxın günlərdə bu sistemə keçəcək”.

Partiya sədri əlavə edib ki, BAXCP ölkədə proporsional seçki sistemi yaradılmasının tərəfdarıdır. O, bu sistemin yaradılacağı təqdirdə, seçicilər fərdlərə deyil, partiyalara və ideyalara səs verəcəyini deyib: “Biz bu seçki sisteminin bərpa edilməsini istəyirik və bu istiqamətdə iş aparırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm