Nida Xəbər
Azərbaycanda yeni dövr başlayacaq - Yerusəlim Post
Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra ölkə tarixində yeni dövr başlayacaq, yeni islahatlar və böyük nailiyyətlər əldə olunacaq.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun ingilis dilli "The Jerusalem Post" qəzetində dərc edilmiş məqaləsində deyilir.
Ekspertin sözlərinə görə, Azərbaycanda prezident seçkiləri ən yüksək səviyyədə, etimad və şəffaflıq şəraitində keçiriləcək, çünki ölkə bunun üçün bütün səyləri göstərir.
Ekspert qeyd edir ki, Azərbaycan seçki prosesinin təşkilində böyük təcrübəyə malikdir: "Bu, çox mühüm siyasi hadisədir. Biz seçkilərdə Azərbaycan xalqının yüksək fəallığının həmişə şahidi olmuşuq. Mən şübhə etmirəm ki, azərbaycanlılar bu dəfə də seçkilərdə fəal olacaq. Bu gün Azərbaycan ictimaiyyəti anlayır ki, qarşıdakı seçkilər təkmilləşdirilmiş qanunvericilik və seçkilərin təşkilində daha geniş təcrübə əsasında keçiriləcək".
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü ölkədir və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşıdır: "Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil siyasəti xarici siyasət kursunun təməl daşıdır. Müstəqil xarici siyasət ilk növbədə bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin qurulması üçün çalışdmağa əsaslanır".
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB