Prezident məhz bu məsələlərə vurğu etməklə… – Şərh
Bizi izləyin

Nida Xəbər

Prezident məhz bu məsələlərə vurğu etməklə… – Şərh

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində ölkəmizdə demokatiyanın mövcudluğunu bu məsələnin daim hakimiyyətin diqqət mərkəzində olması və ardıcıl, məqsədyönlü siyasi islahatların həyata keçirilməsi ilə izah edib.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, dövlət başçısı məhz belə bir fəaliyyət nəticəsində Azərbaycanın dünyaya açıq və demokratik bir ölkəyə çevrildiyini deyib:

“Azərbaycanda bütün demokratik azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilib. Bu prosesdə Azərbaycanın Avropa Şurasının təcrübəli üzvü kimi insan hüquqları və azadlıqları üzrə ixtisaslaşmış bu təşkilatla faydalı əməkdaşlığını önə çəkən Prezident İlham Əliev cəmiyyətimizin daha da demokratikləşməsi üçün qarşılıqlı əməkdaşlığın fayda verdiyini söyləyib. Bütövlükdə isə Azərbaycanda demokratik ənənələrin hələ 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tətəfindən əsasının qoyulduğunu bildirən ölkə başçısı müasir Azərbaycanı AXC-nin varisi kimi qiymətləndirib, həmin ənənələrin bu gün də yaşadığını bildirib”.

H.Babaoğlu əlavə edib ki, milli dövlətçilik tariximizə kompleks yanaşan Prezident ümumilikdə Azərbaycanda milli demokratik mühit və dövlətçilik yaddaşının əsas komponentlərindən biri kimi məhz demokratik düşüncənin siyasi mədəniyyətimizdə ciddi kök salması ilə izah edib:

“Göründüyü kimi, dövlət başçısı məhz bu cür demokratik ənənədən gələn ictimai şüurun yeni mərhələdə azad, multikultural tolerant cəmiyyət qurmağa hazır olmasını siyasi mədəniyyətimizin ən səciyyəvi xüsusiyyətlərindən biri adlandırıb. Ona görə də demokratik cəmiyyət xaricdən idxalından çox Azərbaycan cəmiyyətinin daxili ictimai-siyasi münasibətlərinin tələbatı kimi ortaya çıxıb”.

Müsahibimiz əlavə edib ki, bu, milli demokratiya modelidir və asanlıqla manipulyasiya edilə bilmir: “Bu da demokratik cəmiyyətimizə əlavə müsbət keyfiyyət gətirir. Tarixən demokratik ənənəsi olmayan cəmiyyətlərdə isə “diqtə edilən demokratiya” bəzi hallarda dağıdıcı silaha çevrilir. Milli demokratiyamızın tarixinin 100 il bundan öncə başladığına diqqət çəkən Prezident İlham Əliyev məhz bu məsələlərə vurğu etməklə ölkəmizdə demokratik və açıq cəmiyyətin ciddi əsaslarının yaradıldığını bildirib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm