Nida Xəbər
ABŞ Rusiyanı çökdürür: Bakıya mənfi təsirləri - Ekspert
Rusiyaya qarşı sanksiyalar bundan sonrakı dövrdə daha da dərinləşəcək.
Bu sözləri Axar.az-a ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyaları və bunun Azərbayacan təsirləri ilə bağlı danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib. Ekspert bildirib ki, yeni sanksiyaların Rusiya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsirləri olacaq:
“Əksini iddia edənlər yanılırlar, çünki Rusiya iqtisadiyyatı dedikdə, əslində, bir qrup oliqarxın iqtisadiyyatını nəzərdə tutmaq olar. Rusiya neft ölkəsidir və iqtisadiyyatı o qədər də inkişaf etməyib. Oliqarxların fəaliyyətinin məhdudlaşdırılması son nəticədə onların manevr imkanlarını çətinləşdirəcək və dövriyyələrinə çox ciddi təsir göstərəcək. Onların vəsaitlərinə sanksiyaların tətbiq edilməsi və maliyyə axınlarının bloklanması oliqarxların fəaliyyətini ciddi surətdə kiçildəcək. Bu da mərhələli şəkildə Rusiya iqtisadiyyatında tənəzzül elementlərinin yaranmasına gətirib çıxaracaq”.
İqtisadçının sözlərinə görə, Rusiya iqtisadiyyatının zəifləməsi region ölkələrinə təsirsiz ötüşməyəcək:
“Bu proses Azərbaycana əsasən iki istiqamətdə təsir edəcək. Birinci istiqamət Rusiyada azərbaycanlı miqrantların çox olması ilə bağlıdır. Azərbaycandan xaricə gedən miqrantların təxminən 65 faizi məhz Rusiyada məskunlaşıb. Bu ölkədə iqtisadi mənfəət normasının aşağı düşməsi və gəlirlərin azalması son nəticədə miqrantların bir qisminin geri dönüşünə gətirib çıxaracaq. Necə ki, 2014-cü ilin sonundan sonra bunu hiss etməyə başladıq. Bundan əlavə, remitenslərin həcmində ciddi azalma baş verəcək. Faktiki olaraq Azərbaycana remitensilərin əhəmiyyəti hissəsi Rusiyadan daxil olur. Əgər bu insanların gəlirləri azalırsa, onların ölkəyə göndərdikləri pul vəsaitləri də azalacaq. Rusiyada yaşayan azərbaycanlıların iştirak etdiyi digər əsas sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Daşınmaz əmlak bazarında bu mənbədən qaynaqlanan tələb kifayət qədər aşağı düşüb və bu proses sanksiyalardan sonra da davam edəcək.
İkinci, sanksiyalar Rusiya ilə xarici ticarət əlaqələrimizdə də özünü göstərə bilər. Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri Rusiya hesab olunur. Azərbaycanın qeyri-neft məhsullarını satdığı əsas ölkələrdən biri də Rusiyadır. Belə bir şəaritdə Rusiyada alıcılığın aşağı düşməsi Azərbaycan məhsullarına tələbi azada bilər, həmçinin, sanksiyalar fonunda rublun məzənnəsinin zəifləməsi Azərbaycandan ixrac olunan məhsulların bu bazarlarda rəqabət imkanlarını məhdudlaşdırar”.
R.Həsənov Rusiyanın Azərbaycana ixrac etdiyi məhsullarda isə əksinə, artımların baş verə biləcəyini düşünür:
“Çünki rublun ucuzlaşması bu ölkədən Azərbaycana gətirilən məhsulların maya dəyərinə təsir etməklə həmin məhsullara daha aşağı qiymətli və bazarda rəqabət aparan bir mövqeyə sahib olmaq imkanı yaradır. Düşünrəm ki, azərbaycanlı sahibkarlar yaranmış bu imkandan istifadə edərək Rusiyadan daha çox məhsul idxalına başlayacaqlar. Son nəticədə Azərbaycan və Rusiya arasındakı mənfi ticarət saldosu genişlənə bilər. Bütün bu elementləri növbəti dövrlərdə Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələrdə hiss edəcəyik”.
Qeyd edək ki, ötən gün ABŞ Maliyyə Nazirliyi Rusiyanın 38 biznesmeni, rəsmi şəxsi və şirkətinə qarşı sanksiyalar tətbiq edib.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR