Nida Xəbər
Azərbaycanlı səfir nüfuzlu ərəb nəşrinə müsahibə verdi
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin ərəbdilli nüfuzlu “Əl-Ərəb” qəzetində geniş müsahibəsi dərc edilib.
Publika.az xəbər verir ki, müsahibədə Azərbaycan - Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın əsas prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti, turizmin inkişafı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı haqqında geniş məlumat verilib.
Səfir Azərbaycan - Qətər münasibətlərindən danışaraq, son iki il ərzində dövlət başçıları tərəfindən həyata keçirilmiş səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. Azərbaycan - Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, lakin iqtisadi əlaqələrin arzu olunan səviyyəyə çatmadığını bildirən səfir, hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet olduğunu diqqətə çatdırıb.
Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.
Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Qətər Hava Yolları tərəfindən ölkəmizə həftədə 14 uçuşun həyata keçirilməsinin, viza rejiminin sadələşdirilməsinin və ölkəmizin turizm potensialının Qətərdən ölkəmizə gələn turistlərin sayının artmasında mühüm rol oynadığı qeyd edilib.
Səfir müsahibədə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarların qəbuluna Qətərin verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfir bu il xalqımızın azərbaycanlılara qarşı törədilmiş soyqırımının 100 illiyini qeyd etdiyinə diqqəti yönəldərək, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş qırğınlara beynəlxalq müstəvidə hüquqi qiymətin verilməməsinin təəssüf doğurduğunu bildirib. Hələ də ərazilərimizin 20 faizinin işğal altında qaldığı və bir milyon vətəndaşımızın qaçqın vəziyyətində yaşadığı diqqətə çatdırılıb.
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı