Nida Xəbər
Dağlıq Qarabağa qanunsuz səfər etmiş yəmənli bloqerin adı “qara siyahı”ya salınmadı
Yəmən vətəndaşı, bloqer Nada Ahmed Ali Al-Nahdi məktubla
müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş
ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na
salınmamasını xahiş edib.
Azərbaycan XİN-dən Publika.az-a verilən məlumata
görə, məktubunda N.Al-Nahdi Azərbaycan Respublikasının beynəlxalq
səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü,
suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib.
Qanunsuz səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadığını
bildirən N.Al-Nahdi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan
ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş
ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət
etmədiyini vurğulayıb və işğal olunmuş ərazilərə qanunsuz səfərlə
əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
Məktubunda o həmçinin, gələcəkdə ölkəmizin işğal altında olan
ərazilərinə bu kimi səfərlərdən çəkinəcəyini bildirib.
N. Al-Nahdinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun
adının “Arzuolunmaz şəxslər siyahısı”na salınmamasına dair qərar
qəbul edilib.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi