Nida Xəbər
4 təşkilat "exiit-poll" keçirəcək
Prezident seçkisi ilə bağlı 4 təşkilat "exiit-poll" keçirəcək.
Publika.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, bunlar “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatıdır.
Komissiya sədri MSK-nın səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacağını vurğulayıb.
M.Pənahov prezident seçkiləri ilə əlaqədar seçki günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək, fasiləsiz və arasıkəsilmədən izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameraların quraşdırıldığını vurğulayıb.
Bu isə ümumilikdə seçki məntəqələrinin 18 faizi deməkdir.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR