Seçicilərə heç kim belə bir göstəriş verə bilməz – MSK sədrindən XƏBƏRDARLIQ
Bizi izləyin

Nida Xəbər

Seçicilərə heç kim belə bir göstəriş verə bilməz – MSK sədrindən XƏBƏRDARLIQ

Xarici və yerli jurnalistlərin seçki günü yaydıqları məlumatlardan biz yaxşı mənada yararlanırıq. Xoşagəlməz hallar baş verdikdə dərhal onu aradan qaldırmağa çalışırıq.

Publika.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O, seçkinin ağır proses olduğunu deyib: “Çünki prosesdə milyonlarla insan iştirak edir. Biz sizin zənglərinizi gözləyəcəyik, MSK-da “Qaynar xətt” fəaliyyət göstərir. Elektron poçtumuza da müraciət edə bilərsiniz”.

MSK sədri seçki prosesinin sonrakı məhrələsi barədə də danışıb: “Seçki məntəqələri bağlandıqdan sonra komissiya üzvlərinin məntəqədə olan, lakin hələ səs verməmiş seçicini tələsdirməyə, ona təzyiq göstərməyə ixtiyarı yoxdur. Düzdür, məntəqələr bağlandıqdan sonra heç kim içəri daxil ola bilməz. Ancaq hələ səs verməmiş seçicinin məntəqəni tərk etməsinə də kimsə göstəriş verə bilməz. Bundan sonra qanunvericiliyə uyğun digər proseslər görülməlidir. Əvvəlcə daşınan qutular açılmalı, səslər sayılmalı, sonra isə daşınmaz qutular açılamlı və bülletenlər sayılmalı, məntəqə seçki komissiyasının yekun protokolu təsdiq olunmalı, sonra isə müşayiətlə dairələr seçki komisiyasına göndərilməlidir. Məntəqlərin nəticələri aydın olduqdan sonra dərhal “Seçkilər” İnformasiya Mərkəzinin monitorunda görüntüsü yayılacaq. Ölkə üzrə nəticələr daxil olduqca, burda əyləşmiş KİV təmsilçilərinin iştirakı ilə biz prosesləri izləyəcəyik. Ölkə üzrə seçicilər vahid bülletenlə səs verəcəklər. 19:15-dən sonra son seçici məntəqəni tərk edir. Saat 21:00-dan sonra ilk protokol məlumatları monitorda öz əksini tapacaq. Aşağı seçki komissiyaları işini buna uyğun qurmalıdır. Səsvermədən sonra nəyəsə vaxt sərf etməyə, istirahətə ixtiyarımız yoxdur. Hətta, bu qadağandır. Səslərin sayılması, protokollaşdırılması prosesi sürətlə getməlidir. Onlar özləri də çalışmalıdır ki, proses tez başa şatsın. Azərbaycan ictimaiyəti bunu gözləyir, dünya ictimaiyyəti də tez məlumat almalıdır. Müəyyən məlumat aldıqdan sonra bu barədə ilkin məlumatı açıqlayacağıq”.

Komissiya sədri zərurət yaranacağı təqdirdə, əlavə mətbuat konfransının kçiriləcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm