Cocuq Mərcanlı sakinləri 24 il sonra öz kəndlərində səs verir - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Cocuq Mərcanlı sakinləri 24 il sonra öz kəndlərində səs verir - FOTOLAR - (YENİLƏNDİ)

"Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində 24 ildən sonra səsvermə prosesinin keçirilməsi sevindirici haldır"

Bu sözləri Publika.az-a Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı deyib. O bildirib ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 73 saylı məntəqəsində könüllü müşahidəçi kimi seçki prosesini izləyirlər:

"24 ildən sonra işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində ilk dəfə seçki prosesi keçirilir. Proses tam demokratik, qaydalara uyğun şəkildə qeyd edilən vaxtda başlayıb və sakit şəkildə davam edir. Baxmayaraq ki, düşmənlə sərhəd olan kənddi, əhali çox fəal şəkildə prosesdə iştirak edir. Biz eyni zamanda, 84 saylı Füzuli seçki dairəsində də müşahidə aparırıq. Məcburi köçkünlərin kompakt şəkildə yaşadığı ərazilərdir. Onu da qeyd edim ki, seçki prosesinin şəffaf keçirilməsi üçün məntəqələr bütün zəruri texniki avadanlıqlarla təchiz edilib. Saat 12 üçün olan nəticələrə görə, 50 faizə qədər seçici artıq öz səsvermə hüquqularından istifadə ediblər. Bununla yanaşı vurğulamaq lazımdır ki, işğaldan azad edilən kəndlərə yerləşdirilən əhalinin təhlükəsizliyi tam şəkildə təmin edilib".

****

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin Cocuq Mərcanlı kəndində yeni yaradılan 73 saylı məntəqəsində ilk dəfə səsvermə təşkil olunub.

Cocuq Mərcanlıdan olan 121 seçici ilk dəfə öz kəndlərində seçkilərdə iştirak edir.

Qeyd edək ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə daxil olan 73 məntəqədən 72-i 1993-cü ildən respublikanın 58 rayonunda fəaliyyət göstərir.

49788 seçicidən 49667 nəfəri məcburi köçkündür. (apa)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm