Dövlət rəsmiləri səs verdi - FOTOLAR - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

Dövlət rəsmiləri səs verdi - FOTOLAR - (YENİLƏNİR)

Gənclər və idman naziri Azad Rəhimov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. O, səsverməyə həyat yoldaşı ilə birgə gəlib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 20 saylı Nərimanov II Seçki Dairəsinin 9 saylı seçki məntəqəsində səs verib. (report)

***

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Prezident seçkilərində səs verib.

O, seçki məntəqəsinə həyat yoldaşı ilə gəlib.

MSK sədri və xanımı 10 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səs verib.

Bu məntəqənin seçici siyahısında 1269 nəfərin adı var. Səsvermə başlayandan 600-dən çox seçici səs verib. (report)

***

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda keçirilən prezident seçkilərində səs verib.

O, 29 saylı Səbail Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

"Seçkilər həmişə olduğu kimi, çox yüksək səviyyədə təşkil olunub. Hər kəs azad formada səsini verir. İlham Əliyevin yenidən Prezident seçiləcəyinə heç bir şübhəm yoxdur. Xalqın bu etimadı daha yüksək səviyyədə olacaq", - o bildirib. (report)

***

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov prezident seçkilərində səsvermədə iştirak edib.

Publika.az xəbər verir ki, o, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səs verib.

C. Qurbanov bildirib ki, seçki tam şəffaf şəraitdə keçir və xalqımız öz iradəsini sərbəst şəkildə ifadə edir.

***

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov prezident seçkilərində səsvermədə iştirak edib.

Bəylər Əyyubov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib. (azvision.az)

***

Maliyyə naziri Samir Şərifov Azərbaycanda keçirilən prezident seçkilərində səs verib.

O, 36 saylı Xətai 4-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. (report)

***

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov səs verib.

Elman Rüstəmov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin Bakı Slavyan Universiteti nəzdində 4 nömrəli məktəb-lisey kompleksi seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkilərində səsvermə keçirilir. (apa)

***

Bas nazirin birinci muavini Yaqub Eyyubov səs verib.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı Seçki Məntəqəsində səsvermə hüququndan istifadə edən Y. Eyyubov hər şeyin yüksək səviyyədə təşkil olunduğunu deyib: "Müşahidəçilər qeyd aparırlar. Mən də oz səsimi verdim". (apa)

***

Baş nazirin müavini İsmət Abasov prezident seçkiləri üzrə səsvermədə iştirak edib.

O, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

İ.Abasov məntəqədən çıxan zaman deyib ki, seçki yüksək səviyyədə təşkil olunub: "Seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb. Vətəndaşlar sərbəst formada səsverə bilirlər". (report)

***

Vergilər naziri Mikayıl CabbarovAzərbaycanda keçirilən prezident seçkilərində səs verib.

O, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

“Hesab edirəm ki, Azərbaycan üçün əlamətdar gündür. Hər bir vətəndaş konstitusion hüququndan istifadə edib səs verir, mən də öz səsimi verdim", - o bildirib. (report)

***

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün keçirilən prezident seçkilərində öz səsvermə hüquqlarından istifadə edib.

Publika.az xəbər verir ki, nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm