Nida Xəbər
18 yaşlının ilk, 87 yaşlının qocaman həyəcanı - REPORTAJ/FOTO
11 aprel müstəqil Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür. 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı məntəqəsində seçicilərin xüsusi fəallığı müşahidə olunub.
Publika.az xəbər verir ki, saat 08:00-dan fəaliyyətə başlayan məntəqə saat 08:05-dən etibarən ilk seçicilərini qəbul edib. Məntəqədə 1585 seçici qeydiyyatdan keçsə də, aid olduğu məntəqəyə gedə bilməyən 20-ə yaxın şəxs də səsvermə hüququndan burada istifadə edib.
İlk dəfə ümumxalq səsverməsində iştirak edən 18 yaşlı Oktay Zülalov öz təəssüratlarını Publika.az-a danışıb. Gənc seçici bildirib ki, səsvermədə iştirak etmək onda böyük həyəcan yaradıb:
“İlk dəfədir seçkilərdə iştirak edirəm. Doğrusu, özümlə fəxr edirəm ki, rəsmi bir vətəndaş kimi ümumxalq səsverməsinə qatılmışam. Uşaqlıqdan belə bir böyük hadisədə çıxış etməyin arzusunda olmuşuq. Ailəmin üzvləri səsverməyə gedərkən mən də onlarla birlikdə getmək istəmişəm. Ancaq indi özüm müstəqil şəkildə səsvermə məntəqəsindəyəm. Artıq özümü daha çox patriot hiss edirəm və özümə güvənirəm. Arzuladığım namizədə səs verdim. İnanıram ki, seçdiyim namizəd Azərbaycan xalqının, dövlətimizin gələcəyi naminə ən yaxşı və faydalı işlər görəcək”.
Məntəqənin ən qocaman seçicilərindən olan 87 yaşlı sabiq polkovnik-leytenant Qurban Şabanov isə seçkilərdə daim fəal iştirak etdiyini bildirib:
“Mənim iki əllə dəstəklədiyim bir namizədim var. O da Azərbaycan uğrunda əlindən gələni edən İlham Əliyevdir. Həyat yoldaşım da, mən də onun xidmətlərindən çox razıyıq. O, Azərbaycanı böyüdür, genişləndirir. İllərdir keçirilən bütün seçkilərdə iştirak etmişəm və ürəyim istəyən kimi səsimi vermişəm. Tanrı xalqımızı qorusun. Qismət olsa, gələn seçkilərdə də iştirak edəcəm”.
Məntəqəyə ailəsi və övladları ilə gələn seçicilər isə xüsusi maraq doğrururdu. Azyaşlıların həyəcanı və marağı onların gözlərindən oxunurdu.
Səsvermə məntəqəsində “exit-poll” keçirən "ELS" Müstəqil Araşdırmlar Mərkəzinin üzvü Cəmalə Əliyeva bildirib ki, seçicilərin aktivliyi səhər saatlarında zəif olsa da, sonradan intensivlik artıb:
“Saat 10 radələrindən etibarən vətəndaşların aktivliyi müşahidə olunur. Hər şey qaydasındadır. Anonim sorğumuzda da iştirak edənlərin sayı kifayət qədərdir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rəsi-zadə də həmin məntəqədə öz səsvermə hüququndan istifadə edib.
Zümrüd
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi