Nida Xəbər
Polad Bülbüloğlu: "Tam qəlbimlə inanıram ki..." - - FOTO
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirlikdə açılan seçki məntəqəsində səs verib.
Səfir Rusiyada açılan seçki məntəqələrinin iş prosesi ilə bağlı məlumat verib.
O qeyd edib ki, seçki günü hər bir xalqın, hər bir dövlətin taleyində vacib bir gündür: “Millət öz rəhbərini seçir. Mən tam qəlbimlə inanıram ki, müdrik Azərbaycan xalqı düzgün seçim edəcək, buna şübhə yoxdur. Hamı son illər Azərbaycanın böyük uğurlarına şahiddir, Azərbaycanın gündən günə necə inkişaf etdiyini görür. Təbii ki, biz burada, Azərbaycanın Rusiyadakı səfirliyində hazırlıq işləri görmüşük. Bu gün 1500-ə yaxın Azərbaycan vətəndaşının səs verəcəyini gözləyirik. Məntəqə yerli vaxtla saat 08.00-da açılıb. Səsvermə gedir. Bizim Rusiyada üç məntəqəmiz fəaliyyət göstərir. Bunlar Moskva ilə yanaşı Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarımızda açılan seçki məntəqələridir. İlkin aldığımız məlumatlara görə, orada da Azərbaycan vətəndaşları səsvermə prosesində fəal iştirak edirlər. Hamı müsbət əhval-ruhiyyədədir. Fürsətdən istifadə edib, Azərbaycan xalqına yeni uğurlar arzulayıram".
Diplomat ilk dəfə səsvermə hüququndan istifadə edən iki Azərbaycan vətəndaşına Azərbaycanın Rusiyadakı səfirliyinin şəhadətnaməsini təqdim edib./APA/
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...