• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Akif Əlizadə: “Növbənin olmaması üçün səsvermə prosesinin təkmilləşdirməsinə ehtiyac var”

Akif Əlizadə: “Növbənin olmaması üçün səsvermə prosesinin təkmilləşdirməsinə ehtiyac var”

Biz gün ərzində seçki məntəqələrində müşahidə aparacağıq. Seçki prosesini, səsverməni çox yüksək qiymətləndirirəm.

Bu sözləri Teleqraf.com-un 29 saylı Səbail Seçki Dairəsinin seçki məntəqələrində monitorinq aparan əməkdaşı ilə söhbəti zamanı AMEA-nın Prezidenti,YAP İdarə Heyətinin üzvü və partiya sədrinin müavini akdemik Akif Əlizadə deyib.

Akademik bildirib ki, özü səhər saatlarında səs verib, daha sonra seçki məntəqələrində müşahidə aparmağa başlayıb: “Hazırda sizinlə 28 saylı seçki məntəqəsində qarşılaşmışıq. Bu seçki məntəqəsi və seçkinin necə keçirilməsi ilə tanış oluruq. Səsvermə yüksək səviyyədə keçirilir. Sabitlik, yüksək ehtiram, qarşılıqlı hörmətlə insanlar gəlib vətəndaşlıq borcunu yerinə yetirir. Bu, yüksək göstəricidir. Hesab edirəm ki, Azərbaycanda hər kəsin səsini istədiyi namizədə verməsi üçün gözəl şərait yaradılıb”.

Akif Əlizadə deyib ki, seçkilərdə yüksək fəallıq müşahidə edilir: “Bəlkə də gələcəkdə səsvermə prosesini təkmiləşdirmək, kompüterləşdirmək lazımdır. İnsanların növbəyə durması halları müşahidə olunur. Hər halda MSK-ya bununla bağlı təklif vermək olar. Bir sıra ölkələrdə onlayın səsvermə sistemi var”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR