Spivak: Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi
Bizi izləyin

Nida Xəbər

Spivak: Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi

Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi.

Publika.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda prezident seçkilərini müşahidə edən İsrail nümayəndə heyətinin rəhbəri, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

L.Spivak həmçinin bütün seçki məntəqələrində seçici fəallığının müşahidə edildiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm