Əli Əhmədov: “Azərbaycan xalqı İlham Əliyevi prezident seçdi"
Bizi izləyin

Nida Xəbər

Əli Əhmədov: “Azərbaycan xalqı İlham Əliyevi prezident seçdi"

“Mərkəzi Seçki Komissiyasınmın açıqladığı son məlumatlara görə, səsvermə hüququ olan vətəndaşların 3,9 milyondan çoxu seçkilərdə iştirak edib. Bu seçicilərin 74,5 faizini təşkil edir. Beləliklə, seçkilərin baş tutduğunu demək olar“.

Publika.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov prezident seçkilərinin nəticələri ilə bağlı YAP-ın təşkil etdiyi mətbuat konfransında deyib.

Əli Əhmədov bildirib ki, açıqlanan eksit-pollun nəticələrinə görə, hazırkı prezident İlham Əliyev 80 faizdən çox səs toplayıb:

“Müxtəlif təşkilatlar eksit-poll keçirib. Onların hər birində YAP-ın namizədi 80 faizdən çox səs toplayıb. Bu o deməkdir ki, Yeni Azərbaycan Partiyasının namizədi prezident seçkilərində inamlı qələbə qazanacaq və hesab edirəm ki, bu qələbə yaxın saatlarda MSK tərəfindən rəsmi şəkildə elan olunacaq. Hesab edirik ki, eksit-pollun nəticələri MSK-nın açıqlayacağı rəsmi məlumatlardan çox fərqli olmayacaq. Azərbaycan xalqı hər zaman olduğu kimi müdrik, doğru və düzgün seçim edib, bu seçim İlham Əliyevdir. Azərbaycanın bugünkü inkişafı İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan böyük inkişaf mərhələsi keçib, siması dəyişibdir, dövlətçilik əsasları ciddi şəkildə formalaşıbdır, Azərbaycanın iqtisadiyyatı möhkəmlənib, dünyada mövqeyi güclənib. Azərbaycanın ordusunun qüdrəti artıb. Bunu ona görə vurğulayıram ki, Azərbaycanın Dağlıq Qarabağ kimi həll olunmamış problemi var. Təbii ki, bu Azərbaycanı öz ordusunu gücləndirməyə vadar edir. Beləliklə, İlham Əliyevin göstərdiyi bu xidmətlər qarşısında Azərbaycan xalqının düzgün və müdrik seçim etməsi tamamilə məntiqə uyğundur. Prezident İlham Əliyev Azərbaycan üçün çox böyük xidmətlər göstərib”.

Onun sözlərinə görə, beləliklə, Azərbaycan xalqı növbəti 7 il ərzində ölkəmizin daha güclü inkişafına səs vermiş olurlar:

“Həmçinin dincliyə, sabitliyə və inkişafa səs vermiş olurlar. Hesab edirəm ki, növbəti 7 il ərzində inkişafın yeni dövrü olacaq, İlham Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan vətəndaşlarına məlum olan proqramı əsasında Azərbaycan iqtisadiyyatı daha da güclənəcək, şaxələnəcək, yeni iqtisadi model formalaşdırılacaq, Azərbaycanın regional siyasəti daha ciddi əsaslarla aparılacaq, dünya birliyində Azərbaycanın mövqeyi daha da güclənəcək”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm