MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib - YENİLƏNİR
Bizi izləyin

Nida Xəbər

MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib - YENİLƏNİR

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov ölkəmizdə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, M.Pənahov 125 seçki dairəsinin hamısında seçkilərin baş tutduğunu bildirib. O qeyd edib ki, 5641 məntəqənin artıq 3675-nin – 65 faizinin nəticələri hesablanıb.

M.Pənahov hazırda 2667220 bülletenin sayıldığını bildirib. Seçici səslərinin 65 faizindən çoxunun nəticələri belədir:

1. İlham Əliyev (2 milyon 290 min 496 səs) - 86.09%

2. Qüdrət Həsənquliyev – (80 min 844 səs) 3.04%

3. Zahid Oruc – (81 min 695 nəfər səs) - 3.07%

4. Sərdar Məmmədov (79 min 108 səs) - 2.97%

5. Fərəc Quliyev (31 min 317 səs) - 1.18%

6. Hafiz Hacıyev (40 min 171 səs) - 1.51%

7. Araz Əlizadə (37 min 145 səs) - 1.40%

8. Razi Nurullayev (19 min 856 səs) - 0.74%

Oxumağa davam et
Reklam
Reklam

Gündəm