Nida Xəbər
MSK sədri: "125 dairə üzrə 3675 məntəqə üzrə hesabat MSK-ya daxil olub"
"İndiyə qədər 125 seçki dairəsi üzrə 3675 seçki məntəqəsi üzrə hesabat Mərkəzi Seçki Komissiyasına daxil olub ".
Bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, bu, ümumi məntəqələrin 65 faizini təşkil edir: "Ümumilikdə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsindən 3675 məntəqə, yəni məntəqələrin 65 faizi üzrə daxil olan məlumatlar seçkilərin ilkin nəticələrini elan etməyə əsas verir. Başqa sözlə, 2 milyon 667 min 220 bülleten sayılıb. Gecə saat 24.00-a qədər bütün məntəqələr üzrə protokolların daxil olacağını gözləyirik".
Qeyd edək ki, məntəqələrin 65 faizi üzrə ilkin nəticələrə əsasən İlham Əliyev 86,09 faiz, Qüdrət Həsənquliyev 3,4 faiz, Sərdar Cəlaloğlu 2,97 faiz, Zahid Oruc 3, 07 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,4 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi