Ruminiya parlamentinin üzvləri bəyanat verdi: Seçkilər demokratik keçirilib
Bizi izləyin

Nida Xəbər

Ruminiya parlamentinin üzvləri bəyanat verdi: Seçkilər demokratik keçirilib

“Azərbaycanda seçkilər demokratik şəraitə uyğun keçirilib. Biz parlamentin adından yazılı şəkildə rəyimizi təqdim edəcəyik”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanda prezident seçkilərini müşahidə edən Ruminayadan olan deputatlar səsləndirib.

Qrupun rəhbəri Ponta Viktor deyib ki, indiyə qədər Ruminiyada, habelə Avropanın əksər ölkələrində seçkilərdə monitorinq aparıblar: “Onu deyə bilərəm ki, Azərbaycanda seçkilər Seçki Məcəlləsinə və demokratik prosedurlara uyğun olaraq azad və ədalətli keçirilib. Biz Bakıda bir neçə seçki məntəqəsində müşahidə aparmışıq. Seçkilər standartlara uyğundur, amma texnoloji yeniliklərdən hər zaman istifadə etmək lazımdır. Xüsusilə Şərqi Avropa ölkələrində buna ehtiyac var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm