Şanxay Əməkdaşlıq Təşkilatı: “Seçki prosesi kifayət qədər şəffaf olub”
Bizi izləyin

Nida Xəbər

Şanxay Əməkdaşlıq Təşkilatı: “Seçki prosesi kifayət qədər şəffaf olub”

“Seçki prosesi olduqca sakit və qaydalara uyğun şəkildə keçirilib. Seçki məntəqələrində secicilərin səsvermə hüquqlarından istifadə edərək prosesdə fəal iştirak etməsinin şahidi olduq”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərini müşahidə edən Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndəsi Alimov Reşid mətbuat konfransında deyib.

Təşkilatın 26 nümayəndəsinin seçkiləri izlədiyini deyən A.Reşid bildirib ki, onların diqqətini çəkən əsas məqam məntəqələrdə kameraların quraşdırılması olub.

“Ölkədə seçicilərin təhlükəsizliyini təmin etmək məqsədilə polislərin aktivləşdirilmiş iş rejimində çalışması da təqdirəlayiq idi. Üç mindən çox müşahidəçinin hər biri xüsusi təlim keçmiş insanlar idi. Biz bu faktı diqqətdən kənar qoya bilmərik. Yekun olaraq təşkilatın adından onu deyə bilərik ki, seçkilər olduqca demokratik, dürüst və şəffaf səkildə keçirilib”, - o deyib.

Təşklatın digər nümayəndəsi Çün Qon Çe də öz növbəsində, seçkilərin tam demokratik səkildə keçirildiyini bildirib: “Heç bir qanun pozuntusu müşahidə edilməyib. Biz özümüz şahidi olduq ki, kənar qüvvələrin seçkilərin saxtalaşdırılması istiqamətində söylədikləri “qara piar” kampaniyasıdır. Seçki prosesi kifayət qədər şəffaf olub”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm