ECR: Seçkilər düzgün və şəffaf şəkildə aparılıb
Bizi izləyin

Nida Xəbər

ECR: Seçkilər düzgün və şəffaf şəkildə aparılıb

Bu gün 11 aprel prezident seçkilərində müşahidəçi kimi iştirak edən xarici nümayəndələrin mətbuat konfransı keçirilib.

Publika.az xəbərinə görə, Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun polşalı üzvü Beata Sobkeviç, və Riçard Çarnevski bildirib ki, (ECR) missiyaları uğurla sona çatıb: “Bəyan edir ki, 11 apreldə keçirilən prezident seçkiləri bəzi kiçik pozuntuların qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib. Ümumilikdə bu seçkilər peşəkar və hüquqi qaydada, dinc, azad, şəffaf mühitdə həyata keçirilib. Ümid edirik ki, gələcəkdə mümkün pozuntular barədə bütün faktlar müvafiq qaydada araşdırılacaq. Bir sıra seçki məntəqələrində səslərin sayılması prosesini müşahidə etdik. İştirak edən bütün müşahidəçilərin fikrincə səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb. ECR nümayəndə heyəti seçki prosesi, heyətin hazırlığı, seçicilərin maarifləndirilməsi və ümumi proseduralar baxımından əldə olunan təkmilləşmələri təqdir edir.

Missiya seçki günü seçki məcəlləsinin hər hansı mühüm yaxud sistematik pozulması halları müşahidə etməyib. Biz heç bir seçki məntəqəsində səsvermə prosesinə kənar müdaxilələrin və ya səsvermə məntəqələrində və onların yaxınlığında seçicilərə hər hansı təzyiq hallarının olmasını müşahidə etmədik. Ümumi atmosfer təhlükəsiz idi”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm