Azadlıq və Demokratiya Fondu: Seçkilər beynəlxalq standartlara uyğun baş tutub
Bizi izləyin

Nida Xəbər

Azadlıq və Demokratiya Fondu: Seçkilər beynəlxalq standartlara uyğun baş tutub

Seçkilər prosesi Seçki Məcəlləsinə uyğun şəkildə seçki keçirilib.

Publika.az xəbər verir ki, bunu Azadlıq və Demokratiya Fondunun Seçki Müşahidə Missiyası Mərkəzinin ispaniyalı nümayəndəsi Pere Masias Arau Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərinin müşahidə yekunu ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçki günü sakit və dinc idi: "Səsvermə prosesinin adekvat olması və beynəlxalq standartlara uyğun təşkil edilməsi müşahidə edilib. Seçki məntəqələrinə giriş azad və müdaxiləsiz olub. Müşahidəçilər seçki qutularına və səsvermə materiallarına heç bir maneə olmadan nəzarət edə bilib. Səsvermənin gizliliyi qorunurdu. Səslərin sayılması prosesi qaydalar gözlənilməklə aparılıb. Missiya hər hansı mühim problem müşahidə etməyib".

Beynəlxalq müşahidəçi qeyd edib ki, seçki günü boyunca aparılan müşahidələr seçkilərin şəffaf keçirilməsini deməyə əsas verir: "11 aprel prezident seçkiləri şəffaf və azad mühitdə milli qanunvericilik və beynəlxalq standartlara uyğun baş tutub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm