Türkdilli ölkələrin ortaq mövqeyi: Seçkilər beynəlxalq standartlara uyğun keçirilib
Bizi izləyin

Nida Xəbər

Türkdilli ölkələrin ortaq mövqeyi: Seçkilər beynəlxalq standartlara uyğun keçirilib

Seçkilər azad və ədalətli keçirilib Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və TURKPA Azərbaycanda keçirilən seçkiləri yaxından izləyib.

Publika.az xəbər verir ki, bunu şuranın nümayəndəsi Ömər Kocaman deyib.

O bildirib ki, seçkiləri TURKPA ilə birlikdə müşahidə ediblər: “Quba, Bakı və Şəmkirdə seçkiləri 15 nəfərlik qrupumuzla müşahidə etdik. Qrupumuza Türkiyə, Qırğızıstan və Qazaxıstandan təcrübəli şəxslər daxildir. Azərbaycandakı seçkilər beynəlxalq standartlara və Seçki Məcəlləsinə uyğun keçirilib. Seçkilərin nəticələrinə təsir edəcək qüsurlara rast gəlinməyib. Seçkilərin ədalətli keçirilməsinin şahidi olduq. Bu seçkilərin Azərbaycan üçün xeyirli olmasını arzu edirəm”.

TURKPA-nın baş katibi Altynbek Mamayuspov bildirib ki, seçkilərlə bağlı ilkin bəyanatlarını dünən veriblər: "Seçkilərin demokratik və ədalətli şəkildə keçirildiyini bəyan etdik. İlk dəfə türkdilli dövlətlərin nümayəndəsi olaraq seçkiləri əməkdaşlıq formatında müşahidə etdik. Müəyyən təcrübə və ənənələrin formalaşmasını müşahidə etdik. Mən TÜRKPA adından bizə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edirəm”.

Türkiyə parlamentinin üzvü Haluk İpek isə deyib ki, Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara uyğun keçirilib: “Bu, türkdilli ölkələrin parlamentlərinin ortaq mövqeyidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm