Finlandiyalı müşahidəçi: Seçki prosesində heç bir kənar müdaxilə qeydə alınmadı
Bizi izləyin

Nida Xəbər

Finlandiyalı müşahidəçi: Seçki prosesində heç bir kənar müdaxilə qeydə alınmadı

Seçki prosesində heç bir kənar müdaxilə qeydə alınmadı.

Publika.az xəbər verir ki, bunu Finlandiyalı müşahidəçilər Qrupunun nümayəndəsi Yuha Korkeaoya Azərbaycanda 11 apreldə keçirilən prezident seçkilərinin müşahidə yekunu ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda 11 aprel tarixində keçirilən prezident seçkilərini müşahidə etdik: "Seçki məntəqələrinin yaxınlığında kampaniya aparılmadı. Məntəqələrə sərbəst və məhdudiyyətsiz giriş var idi. Seçki prosesində heç bir kənar müdaxilə qeydə almadıq. Mərkəzi Seçki Komissiyası 900 beynəlxalq müşahidəçini akkreditasiya etmişdi və seçki prosesinin çoxsaylı müşahidə missiyaları tərəfindən izlənilməsi şəffaflığın artırılmasına öz töhfəsini veridi. Səsverməyə start verilməmişdən qabaq heç bir seçki qutusunda bülleten yox idi".

Yuha Korkeaoya qeyd edib ki, məntəqələrin qarşısında "exitpol"lar, o cümlədən Fransa və ABŞ şirkətləri tərəfindən tədqiqatlar aparılırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm