BAMF Prezident seçkiləri ilə bağlı bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

BAMF Prezident seçkiləri ilə bağlı bəyanat yaydı

“Azərbaycanda prezident seçkiləri dinc və sakit şəkildə, müasir beynəlxalq standartlara uyğun şəkildə keçirilib”.

Publika.az xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) respublika üzrə müşahidə missiyasının rəhbəri Umud Mirzəyev deyib.

Onun sözlərinə görə, müşahidələr zamanı hər hansı qeyri-qanuni təşviqat halına rast gəlinməyib, seçicilərə təzyiq olmayıb və seçkilərdə kütləvilik müşahidə olunub: “Müşahidələrimizin nəticələrinə görə deyə bilərik ki, məntəqələr vaxtında açılmış, bütün müşahidəçilərə öz missiyalarını həyata keçirmələri üçün bərabər şərait yaradılmışdır. Səhər saatlarından etibarən seçki məntəqələrində səs vermək istəyənlərin növbəsi müşahidə olunurdu”.

Seçkidə ayrı-ayrı namizədlərin, məntəqə üzvlərinin,eləcə də seçkini izləyən mətbuat nümayəndələrinin, “exit-poll” aparan şəxslərin şikayəti və ya hər hansı qanun pozuntusuna rast gəlinmədiyini bildirən Umud Mirzəyev səslərin sayılmasının şəffaf aparıldığını və seçki prosesi zamanı hər hansı ciddi pozuntu halı müşahidə olunmadığını qeyd edib.

“Seçkilər zamanı ictimaiyyətə, KİV nümayəndələrinə, televiziyalara seçkinin gedişi ilə bağlı məlumatların mütəmadi və operativ təqdim olunması ilə bağlı imkanlar yaradılıb, media təmsilçilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq seçkinin işıqlandırılması ilə bağlı aktivlik müşahidə olunub”.

Qeyd edək ki, BAMF 11 aprel seçkilərində respublika ərazisində 29 seçki dairəsi üzrə 249 məntəqədə müşahidə missiyasını həyata keçirib. Müşahidə missiyasının seçkilərin gedişi ilə bağlı geniş hesabatı ictimaiyyətə təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm