• USD 1,7000 0,00% EUR 1,9289 0,00%
    • GBP 2,1442 0,00% RUB 0,0246 0,00%

İtaliyalı sabiq senator: "Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı"

İtaliyalı sabiq senator: "Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı"

Azərbaycanda səfərdə olan İtaliyanın keçmiş senatorlarından ibarət qrup, dünən prezident seçkiləri zamanı seçki prosedurlarının şəffaflıq səviyyəsini qiymətləndiriblər.

Publika.az-ın məlumatına görə, qrupun üzvü Franko Orsi bildirib ki, seçki günü ölkədə vəziyyət sakit və dinc olub, polis tərəfindən seçkiyə müdaxilə halları qeydə alınmayıb.

Büllütenlərdə namizədlərin siyahısı düzgün qeyd olunub:

"Səsvermə başlamazdan əvvəl məntəqələrdəki seçki qutularında heç bir bülleten olmayıb. Seçicilər şəxsiyyət vəsiqələrinin qeydiyyat siyahısı ilə uyğunlaşdırma rolu ilə müəyyən edilirdi. Seçicilərin iştirakının təsdiqlənməsi üçün onların barmaqlarına xüsusi gözəgörünməz mürəkkəb vurulurdu".

F.Orsi əlavə edib ki, seçki günü yüksək seçici fəallığı müşahidə olunub. Məntəqələrə gəlmək imkanı olmayan seçicilər üçün evlərində səs vermək imkanı yaradılıb və seçki məntəqələrində əlillər üçün pantuslar quraşdırlıb:

"Səsvermə bitdikdən sonra bizə digər müşahidəçilərlə birlikdə səslərin sayılması prosesində iştirak etməyə icazə verildi. Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı. İtaliyalı müşahidəçilər kimi seçkilərin azad və şəffaf keçirilməsindən razılığımızı bildiririk. Seçicilərin heç bir müdaxilə olmadan sərbəst şəkildə səsvermə hüquqalarından istifadə etməsindən məmnunluq duyuruq".

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR