Marf Vorklayev: "Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir"
Bizi izləyin

Nida Xəbər

Marf Vorklayev: "Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir"

"Avropa İttifaqı Regional Komitə üzvlərinin müşahidə missiyası hesab edir ki, Azərbaycanda aprel ayının 11-də keçirilən prezident seçkiləri legitimdir".

Publika.az xəbər verir ki, bu sözləri Missiyanın Estoniyadan olan üzvü Marf Vorklayev bu gün keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, seçkilər dinc, şəffaf və rəqabətlilik mühitində keçirilib. Seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib. Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir:

"Seçki başa çatdıqdan sonra müşahidə missiyasının üzvləri 3 məntəqədə yekun səslərin sayılmasını izləyiblər. Səsələrin sayılması prosesini digər müşahidəçilər də heç bir məhdudiyyət olmadan izləyə biliblər. Seçki məntəqələrində səsvermə prosesinə kənar müdaxilələr müşahidə edilməyib".

Marf Vorklayev onu da qeyd edib ki, seçkidə seçici fəallığı yüksək olub, səsvermə prosesi texniki və təşkilatı baxımından yaxşı təşkil edilib.

Könül Ceferli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm