“Azərbaycandakı seçkini gözdən salmağa çalışan xarici qüvvələrə bir cavabımız var...” - Necdet Ünüvar
Bizi izləyin

Nida Xəbər

“Azərbaycandakı seçkini gözdən salmağa çalışan xarici qüvvələrə bir cavabımız var...” - Necdet Ünüvar

“Azərbaycan xalqını uğurlu seçki prosesi münasibətilə təbrik edirik”.

Publika.az-ın xəbərinə görə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar deyib.

Seçkilərdə əhalinin 74,1 faizinin iştirak etdiyini deyən müşahidəçi bunları söyləyib: “Biz də dünən gün boyu müşahidələr etdik. Yasamal, Nəsimi və Nərimanov rayonlarının seçki məntəqələrində olduq. Məntəqələrdə komissiyanın üzvləri, müşahidəçilər və xalqla görüşdük. Təhlükəsizlik tədbirləri fövqəladə şəkildə yaxşı təşkil edilmişdi. Özəlliklə səhər saatlarında əhalinin aktivliyi yüksək idi. Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, seçkidə qadınlar daha fəal iştirak edirdi. Qadınların dünya demokratiyasına faydası artıq heç kimə sirr deyil.

Seçkilərdə 15 türkiyəli millət vəkili müşahidəçi qismində iştirak etdi. Biz isə parlamentlərarası dostluq qrupunun heyəti kimi qatıldıq. Heyətimizin tərkibində 3 AK partiyalı, 1 MHP-li və CHP-li millət vəkili var.

Azərbaycan istər coğrafi, istərsə tranzit baxımından əlverişli mövqedə yerləşir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti Çindən Londonadək bütün qitəni bir-birinə birləşdirir. İnanırıq ki, İlham Əliyevin yeni siyasəti nəticəsində belə böyük layihələrin sayı artacaq. Gələcəkdə Azərbaycan xalqı da uğurlu siyasətin və dünənki seçkinin nəticələrindən yetərincə faydalanacaq.

Seçkiyə müdaxilə etməyə və onu gözdən salmağa çalışan xarici qüvvələr isə bir cavabımız var. Biz seçkidə iştirak edən xalqa heç bir kənar təsir, təzyiq görmədik. Getdiyimiz rayonlarda bunun şahidi olduq. Getmədiyimiz yerləri isə mətbuatdan izlədik. Seçki təkcə bir ölkəni əhatə etmir, bir neçə ölkənin maraq dairəsində olur. Bakı-Tbilisi-Qars layihəsinin adını boşuna çəkmədim. Çünki bu dəmiryolu onlarla ölkəni əhatə edir. Bu qədər kritik nöqtədə yerləşsəniz, hər kəs sizinlə maraqlanar”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm