O görüntülər yalan çıxdı - MSK sədri AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

O görüntülər yalan çıxdı - MSK sədri AÇIQLADI

“Seçki prosesində hansısa neqativ halların yaranmasına dair görüntülər öz təsdiqini tapmayıb”.

Publika.az-ın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu görüntülər araşdırılıb, ancaq heç biri təsdiqini tapmayıb:

“Biz bununla bağlı araşdırma apardıq. Məlum oldu ki, sosial şəbəkələrdə qeyd olunan məntəqələrdən biri ilə bağlı ünvan belə həqiqəti əks etdirmir. Biz dünən bununla bağlı məlumat yaydıq. Məlumatımızda hələ bu yalanlara yumşaq cavab vermişik. 17 saylı Yasamal üçüncü seçki dairəsinə daxil olduğu iddia edilən 52 saylı məktəb 15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda həmin dairədə qanun pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından onlara maneələrin yaradılması da bu qəbildəndir”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm