Prezidentin köməkçisi ATƏT-i İFŞA ETDİ: “Xahiş etmişdilər ki...”
Bizi izləyin

Nida Xəbər

Prezidentin köməkçisi ATƏT-i İFŞA ETDİ: “Xahiş etmişdilər ki...”

ATƏT DTİHB müşahidə missiyasının köməkçisi Vüqar Əhmədovun bəyanatı Seçki Müşahidə Missiyasının rəhbərlərinin və bəzi xüsusi seçilmiş üzvlərinin Azərbaycana olan münasibətini açıq ortaya qoyur və ifşa edir.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov feysbuk hesabında yazıb.

N.Məmmədov bildirib ki, hesabatın əvvəldən hazır olması barədə məlumatı olub.

“Hesabat əvvəldən hazırlanmışdı. Bu məzmunda məlumatlar mənə də çatmışdı, özü də xarici ölkə nümayəndələrindən və missiya üzvlərindən çatmışdı. Aramızda razılaşma olmuşdu. Xahiş etmişdilər ki, adlarını gizli saxlayım. Həqiqətən də Müşahidə Missiyasının bəzi üzvləri yalnız xaricdə və daxildə olan müxaliflərlə əlaqə saxlamaqla məşğul olublar. Missiyanın hesabatla razı olmayan üzvləri isə kənarlaşdırıldıqları üçün geri qayıdıblar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm