Nida Xəbər
"ATƏT məqsədli şəkildə seçkilərlə bağlı qərəzli hesabat hazırlayıb"
"Azərbaycanda prezident seçkiləri qanunun tələblərinə uyğun keçirilib. Seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası (MSK) bütün addımları atdı".
Publika.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov MSK-nın bu gün keçirilən iclasında deyib.
S.Novruzov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT PA və AŞ PA-nın müşahidə missiyasının seçkilərlə bağlı ilkin hesabatına da münasibət bildirib. O qeyd edib ki, həmin təşkilatlar məqsədli şəkildə seçkilərlə bağlı qərəzli hesabat hazırlayıblar.
S.Novruzov həmin təşkilatların nümayəndələri ilə görüş keçirildiyini bildirib: "Həmin görüşdə prezidentliyə namizədlər də iştirak edirdi. Onlar bildirdilər ki, bütün namizədlər üçün bərabər şərait yaradılıb, heç bir müdaxilə edilməyib. Namizədlər bir dəfə də etiraz etməyiblər ki, hansısa qanun pozuntusu olub. İndi kənardan gələn müşahidəçi deyir ki, qanun pozuntuları olub. Bunu haradan bilirlər?"
Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.
Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!