• USD 1,7000 0,00% EUR 1,9828 0,00%
    • GBP 2,2148 0,00% RUB 0,0267 0,00%

Ekspert: "Manatın məzənnəsi ilə bağlı xəbərlər xaos yaratmaq cəhdindən başqa bir şey deyil"

Ekspert: "Manatın məzənnəsi ilə bağlı xəbərlər xaos yaratmaq cəhdindən başqa bir şey deyil"

"Manatın ucuzlaşması birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır və bu gün vəziyyət qənaətbəxş səviyyədə qiymətləndirilir".

Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov manatın qiymətinin ucuzlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, manatın ucuzlaşması ilə bağlı yaranan ajiotajın əsas səbəbi qonşu ölkələrdə, Rusiya və Türkiyədə milli valyutaların ABŞ dollarına nəzərən kəskin şəkildə dəyər itirməsidir:

"Ölkədə milli valyutanın dəyərdən düşməsi ilə bağlı yayılan xəbərlər əsassızdır. Cəmiyyətdə qorxu yaradan isə Azərbaycanın birbaşa Rusiya və Türkiyə ilə sıx ticarət əlaqələrinin olmasıdır. Bu Azərbaycandan həmin ölkələrə gedən məhsul ixracını məhdudlaşdırır, amma Rusiya və Türkiyədən Azərbaycan kimi ölkələrə məhsul ixracına stimul yaradır. Bax bu faktdan başqa dolların bahalaşmasının Azərbaycan üçün heç bir ciddi təhlükəsi gözlənilmir. Lirənin və rus rublunun ABŞ dollarına nisbətən dəyərdən düşməsi, yalnız iqtisadi-siyasi əlaqələr baxımdan manata təzyiq yarada bilər, valyuta bazarlarımızda ciddi dəyişikliklər gözlənilmir".

Onun sözlərinə görə, bizim valyuta bazarımız dünya bazarına nisbətən çox fərqlidir:

"Dünya ölkələrində, eləcə də Türkiyə və Rusiyada valyuta bazarı olduqca sərbəstdi. Azərbaycanda 2015-ci ildə baş verən 2 devalvasiyadan sonra 2016-cı ildə rəsmi olaraq valyuta bazarında manatın dəyəri sərbəst məzənnə ilə müəyyən edilib. 2016-cı ildə də təxminən 15%-ə qədər ucuzlaşma qeydə alınsa da, valyuta bazarının keçən ilə olan nəticələri bir daha sübut etdi ki, manat valyuta bazarında heç də sərbəst məzənnə rejimi ilə dəyər tapmır. Əksinə, idarə edilir. Ötən il manat valyuta bazarında 4 faizə qədər möhkəmlənə bildi".

Bu prosesin Azərbaycana təsiri məsələsi isə birbaşa neftdən asılıdır:

"Bizim milli valyutamızın arxasında xam neftin dünya bazarındakı qiyməti dayanır. Yəni manatın dollara nəzərən kursunun dəyərlənməsini dünya bazarındakı xam neftin qiyməti müəyyən edir. Bu qiymət isə son 2 ildə sabitliyini qoruyur. Hətta son vaxtlar artım müşahidə edilir deyə bilərik. Bu gün neftin dünya bazarında qiyməti 70 dollar təşkil edir ki, bunu da qənaətbəxş hesab etmək olar. Dövlət büdcəsində isə neftin qiyməti 45 dollardan götürülür. Fikrimcə, cari ilin sonlarına qədər heç bir ciddi dəyişiklik olmayacaq. Hətta deyə bilərəm ki, gələcək il üçün də xam neftin dünya bazarında qiymətləri bu günki kimi əlverişli olacaq".

Ekspert onu da bildirdi ki, manatın ABŞ dollarına nəzərən kursu üçün yaxın perspektivdə heç bir ciddi təhlükə gözlənilmir. Son günlər manatın ucuzlaşacağı barədə yayılan xəbərlər sadəcə xaos yaratmaq cəhdindən başqa bir şey deyil.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>