Nida Xəbər
XİN-də nüvə texnologiyasından istifadə müzakirə edildi
Xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Yukiya Amanonu qəbul edib.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin (AEBA) arasında mövcud effektiv əməkdaşlıqdan
məmnunluğunu ifadə edərək AEBA-nın fəaliyyət və yardımının
Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə
çatdırıb.
Görüşdə AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə
həyata keçirilmiş 22 layihə və icra edilməkdə olan 9 layihənin
Azərbaycanın inkişafı və müvafiq qurumların imkanlarının
gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın
milli tədqiqat reaktorunun yaradılması və istifadə edilməsində və
kadrların hazırlanmasında AEBA-nın dəstəyi yüksək qiymətləndirilib.
Tərəflər sülh məqsədləri üçün nüvə texnologiyasının tətbiqinə
toxunaraq, səhiyyə, kənd təsərrüfatı, neft sənayesi kimi sahələrdə
əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Görüş zamanı Elmar Məmmədyarov nüvə reaktorlarının təhlükəsizliyi
məsələsinə toxunularaq Ermənistanda yerləşən, bölgəmiz üçün ciddi
təhlükə mənbəyi olaraq köhnəlmiş Çernobıl texnologiyası əsasında
fəaliyyət göstərən “Metsamor” AES-in istismarından irəli gələn
təhlükələri diqqətə çatdırıb. Həmçinin, o, "Metsamor" AES-in nüvə
və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan ciddi təhlükə
mənbəyi olduğunu vurğulayaraq, nüvə təhlükəsizliyi konsepsiyası
çərçivəsində AEBA tərəfindən bu istiqamətdə zəruri addımların
atılmasının vacibliyini qeyd edib.
Görüşdə beynəlxalq nüvə təhlükəsizliyi, dinc məqsədlərlə nüvə
texnologiyasından istifadə edilməsi və digər qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO