• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

"Prezidentin bu fərmanı bütün qaziləri sevindirdi" - Etimad Əsədov

"Prezidentin bu fərmanı bütün qaziləri sevindirdi" - Etimad Əsədov

"Çox sevinirik ki, cənab prezidentimiz İlham Əliyev seçkilərdən sonra dərhal bu kateqoriya üzrə fərman imzalayaraq hər birimizi sevindirdi. Buna qədər hətta təklif edirdik ki, müharibə əlillərinə ödəniləcək vəsait yubansa da, olar. Amma, şəhid ailələrinə ayrılan yardım vəsaiti verilsin. Tam şəkildə vəsaitin verilməsi mümkün olmasa da, hissə-hissə bu məbləğin ödənilməsinə başlansılması ilə əlaqədar aydıyyatı qurumlara müraciətlər etmişik".

Bu sözləri Publika.az-a Qarabağ Qazilər Birliyinin sədri, hərbi ekspert Etimad Əsədov Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərmana münasibət bildirərkən deyib.

O bildirib ki, bu məsələ ilə bağlı yardımların verilməsinə başlanılması olduqca sevindirici haldır.

Ekspert onu da əlavə etdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün qan pulunun ödənilməsi dövlət tərəfindən bu ailələrə ayrılan dərin qayğı və hörmətin nümunəsidir:

"Sevindirci haldır ki, prezident İlham Əliyev andiçmə mərasimindən dərhal sonra məhz şəhid ailələri ilə bağlı fərman verdi. İstərdik ki, bundan sonra da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı mütəmadi fərmanların verilməsi davam etsin. İnanırıq ki, yaxın günlərdə müharibədə əlil olanlarla da bağlı qərarlar qəbul ediləcək. Onların zəruri avadanlıqlarla təmin olunmasına köməklik göstəriləcək. Onlarda yaxın günlərdə icbari şəkildə sığorta alacaqlar".

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR