Teleqraf Media Qrupu Prezidentə müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Teleqraf Media Qrupu Prezidentə müraciət etdi

Teleqraf Media Qrupu adından qurumun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az təbrikin mətnini təqdim edir:

“Мöhtərəm cənab Prezident!

Sizi və xalqımızı aprelin 11-də Аzərbaycanda keçirilən prezident seçkilərində qəti qələbə qazanmağınız münasibətilə təbrik edirəm. Azərbaycan xalqı bir daha Heydər Əliyev siyasi kursunun layiqli davamçısına – Sizə səs verərək, həm də öz parlaq gələcəyinə, firavan həyata səs vermiş oldu. Xalqın Sizə olan bu etimadı, ötən illər ərzində ölkəmizin iqtisadi, siyasi və hərbi inkişafı üçün gördüyünüz işlərə verilən dəyərin, Sizə inamın bariz nümunəsidir.

Cənab Prezident!

Həyata keçirdiyiniz iqtisadi islahatların nəticəsidir ki, bu gün region ölkələrinin iqtisadiyyatı dərin böhran içində olsa da, Azərbaycan sağlam dayaq üzərində dayanıb və yeni layihələrlə daha da güclənir.

Sizin illərdir Dağlıq Qarabağ probleminin həlli üçün atdığınız addımlar, yürütdüyünüz siyasət artıq bəhrəsini verməkdədir. Bu, təkcə siyasi arenada deyil, eyni zamanda cəbhədə də müşahidə edilir. Ordumuz 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirərək, bir sıra əraziləri işğaldan azad etdi. Bu şanlı qələbəmiz erməni siyasi dairlərinin uydurduğu “güclü ordu” mifini 20 ildən sonra darmadağın etdi.

Cənab Prezident!

Аzərbaycanа rəhbərlik еtdiyiniz 15 il ərzində gördüyünüz işlərin nəticəsi kimi, budəfəki seçkidə də yüksək səs faizi ilə yenidən ölkə başçısı seçildiniz. İnanırıq ki, növbəti 7 il ərzində keçirəcəyiniz islahatlar Azərbaycanımızın beynəlxalq arenada daha da qüdrətlənməsinə zəmin yaradacaq.

Sizə cansağlığı, uzun ömür, Azərbaycanımız üçün gördüyünüz işlərdə uğurlar arzulayırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm