• USD 1,7000 0,00% EUR 1,9912 -0,51%
    • GBP 2,3304 -0,68% RUB 0,0232 -0,86%

FHN-də hərbi atteşelərlə görüş keçirildi - FOTO

FHN-də hərbi atteşelərlə görüş keçirildi - FOTO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə ABŞ, Rusiya, Çin, Türkiyə, Böyük Britaniya, İtaliya, İran, Belarus, Bolqarıstan, Çexiya, Qazaxıstan, Ukrayna, Macarıstan səfirliklərinin hərbi attaşeləri iştirak edib.

Qonaqları səmimi salamlayan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Nazirliyin fəaliyyət istiqamətləri, iş prinsipləri, strukturu və qurumları, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat verib. FHN-in beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıq etdiyini vurğulayan F.Tağı-zadə Prezident İlham Əliyevin göstərişi ilə təbii fəlakətlərlə üzləşmiş bir çox dövlətlərə, o cümlədən Rusiya, Türkiyə və İsrailə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli köməklik göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirib.

Sonra qonaqlar 3 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə keçirilmiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən videoçarxı izləyiblər. Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini kapitan Əsmər Salamova Mərkəzin fəaliyyətinə dair təqdimatla çıxış edib.

Toplantıda FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Adil Abdullayev qonaqlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. FHN Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli hərbi attaşelərə təşəkkürünü bildirmiş, müvafiq əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu söyləyib. Tədbirdə attaşelərin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyası adından Fövqəladə Hallar Nazirliyinə xatirə hədiyyəsi təqdim edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR