• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Novruz Məmmədov baş nazir oldu (YENİLƏNDİ)

Novruz Məmmədov baş nazir oldu

"Cənab Prezidenti qələbəsi münasibətilə təbrik edirəm. Hesab edirəm ki, xalq ölkəmizin iqtisadi inkişafı, Heydər Əliyevin siyasi kursu, siyasi sabitliyə səs vermiş oldular".

Publika.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

S.Novruzov Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı ilə bağlı Preizdentin təqdimatına da münasibət bildirib: “Novruz Məmmədov tək xarici siyasət deyil, prezidentin iqtisadi siyasəti ilə bağlı daim geniş məqalələrlə çıxış edib. Novruz Məmmədov 22 ildən artıqdır ki, Prezident Adminstrasiyasında çalışır, bu vəzifəyə addım-addım gəlib. Bu illər ərzində ölkəmizin maraqlarını xarici ölkələrdə uğurla təmsil edib. Ölkəmiz, Prezidentimiz əleyhinə xairici qüvvələr tərəfindən verilən yazılara münasibət bildirən az insanlardandır. Biz də bütün həmkarlarımızı Novruz Məmmədova səs verməyə çağırırıq. Bundan sonrakə fəaliyyətini də uğurla həyata keçirməyi arzu edirik. Bununla yanaşı, Artur Rəsizadə də fəaliyyəti dövründə hər zaman sədaqətlə fəaliyyət göstərib. Ona da təşəkkür edirik”.

Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı Prezidentin təqdimatı Milli Məclisdə səsə qoyulub.

Millət vəkillərinin səs çoxluğu ilə N.Məmmədov baş nazir vəzifəsinə təsdiq edilib.

Novruz Məmmədov Milli Məclisdə çıxış edir.

"Bugünə qədər ölkəmizin əldə etdiyi uğurların daha da genişlənməsi üçün biz birlikdə çalışacağıq".

​​​​​Azərbaycan Milli Məclisinin növbədənkənar plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan edib.

Bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.

Spiker Oqtay Əsədov bildirib ki, bu gün gündəlikdə yalnız bir məsələ var: “Aprelin 11-də ölkəmizin siyasi həyatında baş vermiş hadisənin sevincini yaşayırıq. İlham Əliyevin yenidən prezident seçilməsi ona olan sonsuz inamın nəticəsidir. Hər biriniz adından Cənab Prezidenti təbrik edib, ona işlərində uğur arzulayırıq. Prezident andiçmə mərasimini Milli Məclisdə keçirdi. Bu da Milli Məclisə olan etimadın nəticəsidir. Milli Məclis adından Prezidentə təbrik teleqramı göndəriləcək”.

Spiker N.Məmmədovun baş nazir vəzifəsinə təyin edilməsi barədə iclas iştirakçılarına məlumat verib.

O.Əsədov Prezidentin Mili Məclsidə yeni baş nazir təyinatı ilə bağlı təqdimat məktubunu oxuyub: “Məktubda bildirilib ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Baş nazir vəzifəsinə təklif edilib”.

Daha sonra millət vəkillərinin müzakirəsinə təqdim edilib.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR