Nida Xəbər
Yeni Baş nazir təyinatında 4 MÜHÜM FAKTOR – Niyə Məmmədov?
“Novruz Məmmədovun Baş nazir təyin edilməsi ilk baxışdan
gözlənilməz görünə bilər. Çünki bizdə adətən hökumətin başçısının
profili iqtisadiyyat olur. Məmmədov daha əvvəl bu sferada
çalışmayıb. Lakin dərindən düşünəndə bu təyinatın bir sıra uğurlu
səbəbi var”.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin
deputatı Rasim Musabəyov deyib.
R. Musabəyov yeni baş nazir təyinatında 4 amili vurğulayıb.
“Birincisi, daha əvvəl Məmmədov hakimiyyətin ən yüksək eşalonunda
uzun müddət işləyib və etibarlı şəxsdir.
İkincisi, Novruz Məmmədovun adı hansısa intriqalara qarışmayıb,
özündən razı deyil, özünü qabağa verməyə meylli deyil. Sözsüz ki,
təyinat zamanı bu məsələlər diqqətə alınıb.
Üçüncüsü, Novruz Məmmədovun şəxsi keyfiyyətləri yüksəkdir:
təmkinlidir, dinləmək bacarığı var, həmçinin, vəzifəsinə
məsuliyyətlə yanaşır. Qüvvədə olan Konstitusiyaya görə, icra
hakimiyyəti bütövlükdə Prezidentin əlində cəmləmir, strateji xətt
və əsas qərarlar Administrasiyada müəyyən olunur. Baş nazir və
hökumət aparatı daha çox problemlərin aradan qaldırılması və
tapşırıqların icra olunması işini həyata keçirir. Bu baxımdan,
Novruz Məmmədovun diplomatik təcrübəsi qərarların lazımi anda və
dəqiqliklə yerinə yetirilməsində əhəmiyyətli faktor olacaq.
Dördüncüsü, Dağlıq Qarabağ məsələsidir. Mümkündür ki, Məmmədov
Ermənistanda baş nazir seçilən Sarkisyanla Qarabağ məsələsi üzrə
danışıqlar aparacaq”, - deyə o bildirib.
Asif
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO