Nida Xəbər
Sarkisyan istefa verdi, Bakı hərəkətə keçdi: Ermənistanın yeganə çıxış yolu...
“Azərbaycan Xocalı soyqırımını törədən Serj Sarkisyan və
ətrafının, hətta keçmiş prezident Robert Koçaryanın ədalət
qarşısına çıxarılması üçün hər şey edəcək”.
Bu barədə Publika.az-a açıqlamasında Xocalıdan
seçilən millət vəkili Elman Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, Sarkisyanın istefa verməsi bu prosesi
asanlaşdıra bilər: “Serj Sarkisyan, Robert Koçaryan və Ermənistan
hakimiyyətində təmsil olunanların bir çoxu Xocalıda və digər
yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədib. Onlar
cinayətkarlardır. Özləri beynəlxalq təşkilatlar qarşısında
azərbaycanlılara qarşı törətdikləri əməlləri etiraf ediblər.
Azərbaycanın müvafiq orqanlarında bu şəxslərin cinayətləri ilə
bağlı yetərli faktlar mövcuddur. Xocalı soyqırımının şahidləri və
əsirlikdən qayıdanların ifadəsi var. Bu materialların hamısı
Azərbaycanın hüququ-mühafizə orqanlarının əlindədir. Dəfələrlə bu
məsələni beynəlxalq qurumların qarşısında qaldırmışıq. İcraata
götürmürdülər, ola bilsin, Sarkisyanın istefasından sonra onun
toxunulmazlığı aradan qalxdığına görə icraata götürülsün.
Azərbaycan tərəfi hərəkətə keçərək, bu cinayətkarların məsuliyyətə
cəlb edilməsi prosesini sürətləndirəcək. Bununla bağlı həm də
hüquqi baza mövcuddur”.
E. Məmmədov qeyd edib ki, erməni xalqı cinayətkar Sarkisyanı
istefaya göndərdi.
“Ümid edirik ki, Ermənistanda daha ağıllı şəxs baş nazir olacaq və
anlayacaq ki, Ermənistan və ermənilərin yaşamaq üçün yeganə çıxış
yolu Azərbaycan torpaqlarının işğalına son qoymaq, Azərbaycan və
Türkiyə ilə normal qonşuluq münasibəti saxlamaqdır”, - deyə o
bildirib.
Asif
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO