Nida Xəbər
Sərkisyanın istefası Qarabağa necə təsir edəcək? – De Vaal
Bunun Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi irəliləyişə və böyük bir nailiyyətə gətirib çıxaracağını düşünmürəm.
Axar.az bildirir ki, bu sözləri "Karnegi Avropa" fondunun böyük elmi işçisi, Qarabağ konfliktinin araşdırmaçısı, "Qara Bağ" kitabının müəllifi Tomas de Vaal Sərkisyanın istefasının Qarabağ konfliktinə necə təsir edəcəyi haqda danışarkən deyib.
"Erməni siyasi elitasında dəyişdirilə bilməyən, Azərbaycanla heç bir kompromisə izn verməyən, atəşkəsin gücləndirilməsi üçün təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirən bir razılıq mövcuddur.
Zənnimcə, bundan sonra əsas vasitəçinin kim olduğu barədə bəzi qarışıqlıqlar olacaq, çünki əlbəttə, Serj Sərkisyan bu münaqişə və danışıqların bütün detallarını yaxşı bilirdi", - de Vaal bildirib.
Ekspertin sözlərinə görə, münqaşinənin müzakirəsi artıq öz formatını dəyişəcək:
"Qarabağ konflikti danışıqlarında Azərbaycan və Ermənistanın müzakirəsi üçün xüsusi bir qrupun yaradılması lazım olacaq. Artıq bu məsələ XİN rəhbərləri və prezidentlərin görüşü ilə çərçivələnməməlidir"
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...