• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Prezident Administrasiyasının işçiləri üçün yaşayış BİNASI TİKİLƏCƏK

Prezident Administrasiyasının işçiləri üçün yaşayış BİNASI TİKİLƏCƏK

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

Publika.az-ın xəbərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-ya bildirilib ki, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR