• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

Rusiya-Türkiyə konfransının son hazırlıqları - FOTO

Rusiya-Türkiyə konfransının son hazırlıqları - FOTO

Aprelin 26-da Antalyada “Türkiyə-Rusiya iş adamlarının “Yüksələn Avrasiyada Türkiyə-Rusiya ilişkilərinin gələcəyi” konfransı işə başlayacaq.

Bu barədə Axar.az-a “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı məlumat verib.

Türkiyənin Uluslararası İşbirliyi Platformunun təşkilatçılığı ilə Bələkdəki "Maxx Royal" Hoteldə düzənlənəcək tədbirə iki ölkənin iş dünyasının tanınan isimləri ilə yanaşı, siyasilər də qatılacaq.

Azərbaycan əsilli iş adamı, hüquq professoru İlham Rəhimov, Antalya Böyük Şəhər Bələdiyyə başqanı Menderes Türel, SETA Genəl Koordinatoru Bürhanəddin Duran, politoloq Aleksandr Duqin, OİC Ölkələri Parlamentlər Birliyinin baş katibi Mahmud Ərol Kılıç, İPSA başqanı, professor İlter Turan, Rusiya-Türkiyə İşbirliyi Şurasının başqanı Əhməd Palankoev, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerşov, Rusiya prezidentliyinə namizəd olmuş Sergey Baburin, Rusiya və Türkiyənin fikir və siyasət adamları, Rusiyada böyük iş fəaliyyətində olan Azərbaycan əsilli biznesmenlər Antalya sammitində iştirak edəcəklər.

Siyasi və iqtisadi bölümlərdən ibarət olacaq konfransda altyapı, bank işi, təhsil, enerji, heyvandarlıq, inşaat, müdafiə sənayesi, kənd təsərrüfatı, tekstil, turizm və nəqliyyat sektorlarında iki ölkənin əməkdaşlığının dərinləşdirilməsi yolları araşdırılacaq.

Təşkilat Komitəsinin sədri Çingiz Özgencil açıqlamasında bildirib ki, iki ölkənin dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilən görüşlərdə 2019-cu il Türkiyə-Rusiya Münasibətləri İli elan edilib və konfransın hədəfi bu ərəfədə iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün yolların araşdırılmasıdır.

Konfransın işində Azərbaycan mediasının bir neçə tanınmış siması da qonaq qismində iştirak edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR