• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

Ordunun 100 illiyi ilə bağlı paradda İLK

Ordunun 100 illiyi ilə bağlı paradda İLK

İyun ayının 26-da, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakı şəhərində keçiriləcək hərbi paradda maraqlı bir yenilik planlaşdırılır.

Publika.az “AzeriDefence”ə istinadən xəbər verir ki, bu barədə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

C.Xəlilovun sözlərinə görə, Azərbaycanın müstəqillik tarixində keçirilən hərbi paradlardan fərqli olaraq bu il keçiriləcək paradda ilk dəfə olaraq İkinci Dünya Müharibəsi veteranları da keçid edəcəklər.

“Planlaşdırmışıq ki, həmin dövrün müharibə veteranları hərbi geyimdə, maşında 416-cı Taqanroq diviziyasının bayrağı ilə tribuna önündən keçsinlər”, – deyə C. Xəlilov bildirib.

Qeyd edək ki, Azərbaycanın müstəqilliyi dövründə - 1991-ci ildən indiyədək Bakı şəhərində dörd (1992, 2008, 2011 və 2013-cü illərdə), Naxçıvan şəhərində isə bir hərbi parad keçirilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR