AŞPA-nın “hesabatı” Azərbaycana qarşı ikili standartların yeni dalğasıdır - Bəhruz Quliyev
Bizi izləyin

Nida Xəbər

AŞPA-nın “hesabatı” Azərbaycana qarşı ikili standartların yeni dalğasıdır - Bəhruz Quliyev

Təəssüf ki, biz AŞPA-nın ikili standartlardan çıxış etməsinə ilk dəfə şahid olmuruq. Bu qurum çox zaman Azərbaycana qarşı qərəzli mövqedə dayanır.

Publika.az xəbər verir ki, bu fikirləri “Səs” Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. O qeyd edib ki, bu gün Qərbdə fəaliyyət göstərən erməni lobbisi və onların siyasi havadarları açıq-aşkar islamofob mövqelərini ortaya qoyurlar. Bunun da əsasında dayanan başlıca məqam demokratik, müstəqil siyasət həyata keçirən, eyni zamanda, müsəlman ölkəsi olan Azərbaycanın davamlı inkişafı, getdikcə güclənməsi amilidir. AŞPA-dakı müəyyən qruplar ikili standartların növbəti dalğasına start verərək öz qərəzlərini, böhtanlarını işə salmağa cəhd göstərirlər. Azərbaycanla bağlı qərəzli hesabatlar, bəzi avropalı deputatların fərdi yanaşmaları, qeyri-obyektiv mövqeləri subyektivlikdən irəli gələn yanlışlıqlardır.

Bəhruz Quliyev qeyd edib ki, əslində AŞPA bu quruma üzv olan Avropa ölkələri ilə bağlı hesabatlar hazırlamalıdır. Sual edə bilərik ki, əgər Azərbaycana qarşı “hesabatlar” hazırlayan avropalı deputatlar doğrudan da bu qədər həqiqətpərəstdirlərsə, nəyə görə Avropanın bir sıra ölkələrində pozulan insan hüquqlarına, irqi ayrı-seçkilik faktlarına, ksenofobiyaya göz yumurlar? Bu sualın cavabı çox bəsitdir. Çünki AŞPA və bu qurum kimi digər təşkilatlar bilavasitə xristian klubu rolunu oynayırlar. Nə qədər gülünc və istehzadoğurucu iddiadır ki, əsrlərdir qonaqpərvərliyi dillər əzbəri olan Azərbaycan xalqının bu ənənəsini “korrupsiya elementi” olaraq təqdim edirlər. Bu, çox təəssüfdoğurucu bir davranışdır. Azərbaycan 17 ildir bu quruma üzvdür, ancaq Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması, Ermənistanın işğal faktının pislənilməsi baxımından AŞPA heç bir addım atmayıb, əksinə, dolayı yolla ermənipərəstliyini nümayiş etdirib.

Ekspert bildirib ki, Azərbaycan Avropaya inteqrasiya etdiyi vaxtdan indiyə qədər ikili standartlarla üzləşib və bu hal get-gedə daha da artır. Əgər bu cür davam edərsə, ölkəmizin bu quruma üzvlük məsələsinə yenidən baxılmalıdır. Cəmiyyətimiz belə ədalətsiz, qərəzli yanaşmaları qəbul etməyib və etməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm