Prezidentin yüksək vəzifə verdiyi Ülvi Mehdiyev kimdir? - BİOQRAFİYA
Bizi izləyin

Nida Xəbər

Prezidentin yüksək vəzifə verdiyi Ülvi Mehdiyev kimdir? - BİOQRAFİYA

Prezident İlham Əliyev Ülvi Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamla Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.

2005-2006-cı illərdə hərbi xidmət keçib.

2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.

Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib.
2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

İngilis, rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm