İlham Əliyevi görmək üçün ağlayan uşaq arzusuna çatdı - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevi görmək üçün ağlayan uşaq arzusuna çatdı - FOTO/VİDEO

Prezident seçkilərində qalib gələn ölkə başçısı İlham Əliyevi görmək üçün ağlayan uşaq “Formula 1” yarışlarında arzusuna çatıb.

Publika.az xəbər verir ki, "Mən İlham Əliyevi görmək istəyirəm. O, niyə bizə gəlmədi. Bu gün axı bayramdır" deyib ağlayan uşağın videosu sosial şəbəkədə qısa müddətdə yayılmış və böyük marağa səbəb olmuşdu.

Hər kəs əmin idi ki, prezident qısa zamanda həmin uşağın arzusunu yerinə yetirəcək.

İnstaqramda məşhurlaşan balaca qəhrəman "Formula 1" yarışları zamanı ölkə başçısı İlham Əliyev ilə görüşüb və onunla selfi çəkdirməyə müvəffəq olub. Arzsuna çatan uşaq çox xoşbəxt görünüb.

Qeyd edək ki, həmin uşaq Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm