Ruslar ABŞ kəşfiyyatının PLANINI AÇDI: Qarabağda...
Bizi izləyin

Nida Xəbər

Ruslar ABŞ kəşfiyyatının PLANINI AÇDI: Qarabağda...

Ötən həftə ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mayk Pompeonu dövlət katibi postuna təsdiq edib. Pompeo ABŞ-ın xarici siyasətindən məsul şəxs kimi ilk açıqlamalarında İranı və Rusiyanı hədəfə aldı.

Publika.az
xəbər verir ki, M.Pompeo Brüsseldə NATO ölkələrinin XİN rəhbərləri ilə görüşdə “Moskva Minsk razılaşmaları (Ukrayna böhranı ilə bağlı - red.) üzrə öz öhdəliklərini yerinə yetirmədiyi müddətdə, Şimal Alyansı Rusiya ilə münasibətlər qurmağa hazırlaşmır” deyə bildirdi.

Göründüyü kimi, Pompeo diplomatik karyerasını Moskvaya hücumla başladı.

Rusiya Elmlər Akademiyasının təhlükəsizlik problemlərinin tədqiqatı Mərkəzinin eksperti Konstantin Bloxin Pompeonun bu açıqlamasının ciddi siqnallardan xəbər verdiyini deyib.

Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə Rusiyaya qarşı yeni fiziki addımlar ata bilər.

“Xatırlayın, Qorbaçov dedi ki, NATO genişlənmir, amma ittifaq genişləndi. Daha sonra Yuqoslaviyanı dağıtdılar. Ukraynada isə biz anladıq ki, “bura bilavasitə bizim maraqlarımızın zonasıdır. Toxunacaqsınız, cavabını alacaqsınız”. Anlamlı və hazır olmalıyıq. Çünki vəziyyət daha da pisləşəcək. Bu, Ukrayna və Suriyada olacaq. Ümumilikdə bizi hazır olmadığımız yerdən vura bilərlər. Yəni zərbəni haradan gözləmiriksə, oradan vuracaqlar. Fikrimcə, bu, Dağlıq Qarabağda ola bilər. Qarabağda müharibəni alovlandıra və atəşi regiona yaya bilərlər. Kəşfiyyatçı Pompeonu diplomatiyaya rəhbər gətirmək gələcək ssenarilərdən xəbər verir. ABŞ kəşfiyyat diplomatiyaya keçirir”, - deyə Bloxin vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm